...

Qazax rayonuna qazın verilişində məhdudiyyətlər olacaq

Energetika Materials 27 İyul 2012 14:08 (UTC +04:00)
Qazax rayonuna qazın verilişində məhdudiyyətlər olacaq
Qazax rayonuna qazın verilişində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq 27 iyul 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək "Əskipara-I", "Əskipara-II", "Yuxarı Salahlı" və "I Şıxlı" Avtomatik Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

Təmir işləri müddətində Qazax şəhərinin bir hissəsi daxil olmaqla, rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Çaylı, Kommuna, Dəmirçilər, Ürkməzli, Alpout, Abbasbəyli, Məzəm, Quşçu Ayrım, Fərəhli və Canalı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti