...

Türkiyə sərhədi keçən avtomobillərdən yanacaq vergisi tutacaq

Energetika Materials 28 Avqust 2012 14:57 (UTC +04:00)
Türkiyə ölkə sərhədini keçən avtomobillərin çənindəki yanacağa görə vergi tutmağa başlayacaq.
Türkiyə sərhədi keçən avtomobillərdən yanacaq vergisi tutacaq

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ölkə sərhədini keçən avtomobillərin çənindəki yanacağa görə vergi tutmağa başlayacaq. Trend-in çərşənbə axşamı Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə gömrük və ticarət naziri Hayati Yazıçı bildirib.

Bu vergi yanacaq qaçaqmalçılığı hallarını aradan qaldırmağa kömək edəcək. Bununla yanaşı, nazir verginin hansı tarixdən etibarən tətbiq ediləcəyini açıqlamayıb.

Yazıçı onu da qeyd edib ki, sentyabrda Türkiyədə vergi həcminin müəyyənləşdirilməsi və yeni vergitutma növünün digər təfərrüatlarını müzakirə etmək üçün Vergi Nəzarəti Şurasının müşavirəsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti