...

Azərbaycan neftinin qiymətləri sentyabrın 14-də artıb

Energetika Materials 17 Sentyabr 2012 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 120,26 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi Trend-ə verilən məlumata görə, cümə günü neftin qiymətləri cümə axşamına nisbətən 1,34 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 119,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 14-də 115,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 14-də 117,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti