Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/
Kənizdağ-Səngəçal (baş qurğular) qaz-kompressor stansiyası marşrutu üzrə yüksəktəzyiqli qaz kəmərinin tikintisi başa çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin (İB) yaydığı məlumatda deyilir.
Qaz kəmərinin tikintisi ARDNŞ-nin N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin sifarişi əsasında həyata keçirilir.
500 millimetrlik qaz kəmərinin uzunluğu 11,75 kilometrdir.
"Hazırda qaz kəmərinin "Azəriqaz" İB sisteminə qoşulmasına dair tamamlayıcı işlər aparılır", - məlumatda qeyd edilir.