...

Gürcüstanda hökumət dəyişikliyi ARDNŞ-nin layihələrinə təsir etməyəcək

Energetika Materials 9 Oktyabr 2012 17:46 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünün bütün layihələrini beynəlxalq standartlara və qanunvericilik bazasının tələblərinə uyğun həyata keçirir.
Gürcüstanda hökumət dəyişikliyi ARDNŞ-nin layihələrinə təsir etməyəcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünün bütün layihələrini beynəlxalq standartlara və qanunvericilik bazasının tələblərinə uyğun həyata keçirir. Buna görə də Gürcüstanda hökumət dəyişikliyi şirkətin fəaliyyətinə təsir etməyəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Abdullayev bildirib ki, şirkət Gürcüstanda iri layihələr reallaşdırır və ən iri vergi ödəyicilərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti