...

Azərbaycanın qaz operatoru qışa hazırlığı başa çatdırır

Energetika Materials 23 Oktyabr 2012 12:29 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində qışa hazırlıq üzrə işləri başa çatdırır.
Azərbaycanın qaz operatoru qışa hazırlığı başa çatdırır

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində qışa hazırlıq üzrə işləri başa çatdırır. Bu barədə çərşənbə axşamı Trend-ə İB-dən məlumat verilib.

İB-dən deyilib ki, qazpaylayıcı şəbəkələrin avadanlıqlarının təmiri üzrə işlər artıq başa çatıb və hazırda ölkədə qazpaylayıcı stansiyaların avadanlıqlarının sazlanması aparılır.

"Hazırda qışa hazırıq çərçivəsində bütün lazımi işlər başa çatır. Bunların hamısı qış dövründə istehlakçıları keyfiyyətli və fasiləsiz qazla təmin etmək üçün vacibdir", - İB-dən qeyd edilib.

Habelə qışa hazırlıq çərçivəsində (bu dövrdə qazdan istifadə qaydalarının pozulması səbəbindən tez-tez bədbəxt hadisələr baş verir) istehlakçılardakı qaz cihazlarına və infrastrukturlara baxış üzrə işlər davam edir.

"Bu, istehlakçıların təhlükəsizliyini təmin edilməsi baxımından zəruridir", -İB-dən qeyd ediblər.

"Azəriqaz"dan deyildiyi kimi, istehlakçıların qaz təsərrüfatına baxış ildə iki dəfə - yazda və payız-qış mövsümünə hazırlıq dövründə aparılır.

O cümlədən, baxışla yanaşı İB-nin əməkdaşları istehlakçıların qazdan istifadə sahəsində biliklərinin artırılması məqsədilə onlara təlimatların verilməsini də həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti