Azərbaycan, Bakı, 2 noyabr / Trend, müxbir E.İsmayılov /
Təmir işləri ilə əlaqədar olaraq 2 noyabr 2012-ci il tarixdə Bakının Nizami rayonunun təbii qaz təchizatı saat 10:00-dan 18:00-dək dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin cümə günü yaydığı məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, qaz təchizatı "8-ci km Əsas" qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar dayandırılacaq.
Təmir işləri müddətində Nizami rayonunun 8-ci km yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.