...

Azərbaycanda benzin istehsalı üzrə əsas müəssisə qışa hazırdır

Energetika Materials 16 Noyabr 2012 14:21 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodu payız-qış mövsümünə hazırdır.
Azərbaycanda benzin istehsalı üzrə əsas müəssisə qışa hazırdır

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodu payız-qış mövsümünə hazırdır. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

2012-ci ilin payız-qış tədbirlər planının icrasına may ayından başlanılıb. Demək olar ki, bu istiqamətdə əsas işlər artıq başa çatıb.

Məlumata görə, zavodun sex və istehsalat sahələrində siyirtmə və dayaqlar, müxtəlif ölçülü boru xətləri, o cümlədən nəzarət-ölçü və avtomatika cihazları, yanğınsöndürmə xətləri və digər avadanlıqlar qoruyucu örtüklə sarınıb, inzibati binaların pəncərə və qapı çərçivələri təmir olunub.

"Müəssisənin 3 inzibati binasını, yeməkxanalarını və istilik sistemlərini isti su ilə təmin edən 1, 2, 3 nömrəli qazanxanalarda təmir işləri aparılaraq qış mövsümünə hazır vəziyyətə gətirilib. Mövsümi işlərin yerinə yetirilməsi dövründə müvafiq cihaz və avadanlıqlar donmayan məhlulla təmin edilib, istilik kondinsionerlərinin təftişi aparılıb, xidməti otaqlarda istifadə olunan məişət-elektrik qızdırıcıları təmir olunub", - məlumatda qeyd edilir.

Bundan əlavə, avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 nömrəli sexin avtobus təmiri emalatxanasında istilik sistemi yenisi ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti