...

Azərbaycanın ilk hibrid elektrik stansiyası yaxın vaxtlarda ümumi enerji şəbəkəsinə elektrik enerjisinin çatdırılmasına başlayacaq

Energetika Materials 21 Noyabr 2012 11:13 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanın Qobustan rayonunda yaradılmış hibrid elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin "Azerenerji" Açıq Səhmdar Cəmiyyətinin ümumi enerji şəbəkəsinə çatdırılmasına başlanacaq.
Azərbaycanın ilk hibrid elektrik stansiyası yaxın vaxtlarda ümumi enerji şəbəkəsinə elektrik enerjisinin çatdırılmasına başlayacaq

Azərbaycan, Bakı, 21 noyabr / Trend, müxbir E.İsmayılov /

Yaxın vaxtlarda Azərbaycanın Qobustan rayonunda yaradılmış hibrid elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin "Azerenerji" Açıq Səhmdar Cəmiyyətinin ümumi enerji şəbəkəsinə çatdırılmasına başlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin nümayəndəsi Cəmil Məlikov deyib.

"Hazırda "Azərenerji" tərəfindən bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi enerjipaylayıcı şəbəkəyə çatdırılmasını təmin etmək üçün texniki məsələlərin həlli aparılır", - Məlikov bildirib.

Onun sözlərinə görə, bu elektrik stansiyasında istehsal edilən elektrik enerjisi əsasən Qobustan rayonunun ehtiyaclarının təminatına yönələcək və yerdə qalan hissə başqa rayonlara paylanacaq.

Qobustan alternativ elektrik enerjisi eksperimental poliqonunda yerləşdirilmiş bu hibrid elektrik stansiyası yalnız Azərbaycanda deyil, həm də Cənubi Qafqaz regionunda birincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti