...

Beyləqan rayonunun Təzəkənd kəndinə təbii qaz verilib

Energetika Materials 22 Noyabr 2012 16:04 (UTC +04:00)
Beyləqan rayonunun Təzəkənd kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Beyləqan rayonunun Təzəkənd kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Beyləqan rayonunun Təzəkənd kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti və "Azəriqaz" İB-nin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 583 abonenti olan Təzəkənd kəndinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 47604 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 33 ədəd siyirtmə, 583 ədəd sayğac quraşdırılıb.

Qeyd olunub ki, kəndə verilən ''mavi yanacaq'' sakinlərin həyat və məişət şəraitini tamamilə dəyişəcək, bölgədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti