...

Yanvar-noyabrda ARDNŞ-nin NEZ-i 5 milyon tondan artıq neft və yarımfabrikatlar emal edib

Energetika Materials 19 Dekabr 2012 11:40 (UTC +04:00)
Yanvar-noyabrda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyevi adına Bakı Neft Emalı Zavodu (BNEZ) 5,26 milyon ton xammal emal edib.
Yanvar-noyabrda ARDNŞ-nin NEZ-i 5 milyon tondan artıq neft və yarımfabrikatlar emal edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-noyabrda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyevi adına Bakı Neft Emalı Zavodu (BNEZ) 5,26 milyon ton xammal emal edib. Trend-in məlumatına görə, bu barədə zavodun rəhbəri Elman İsmayılov çərşənbə günü "Respublika" qəzetində dərc edilmiş müsahibəsində deyib.

O cümlədən bu dövrdə zavod 3,65 milyon ton neft və 1,61 milyon ton yarımfabrikat emal edib. Emalın dərinliyi 89,7 faiz təşkil edib.

İsmayılovun sözlərinə görə, yanvar-noyabrda zavod 1,2 milyon manatdan çox məbləğdə neft məhsulları istehsal edib. Göstərilən dövrdə cəmi 4,31 milyon ton neft məhsulalrı satılıb ki, bunun 2,95 milyon tonu daxili bazarda satılıb, qalan 1,36 milyon tonu isə ixrac edilib.

"Beləliklə, ümumi satış həcmində ixracın payı 31,5 faiz təşkil edib", - zavod rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti