...

"Azərneftyağ" NEZ-in qurğusunda təmir işləri aparılıb

Energetika Materials 19 Dekabr 2012 17:30 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərneftyağ" Neft Emalı Zavodunun 3 saylı sexindəki 305 saylı qurğu əsaslı təmir edilib.
"Azərneftyağ" NEZ-in qurğusunda təmir işləri aparılıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərneftyağ" Neft Emalı Zavodunun 3 saylı sexindəki 305 saylı qurğu əsaslı təmir edilib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Qeyd edək ki, qurğuda ilkin mərhələdə xam neftin mazuta qədər emalı, vakuum şəraitində isə mazutun qudrona qədər emalı prosesi aparılır. Qurğu əsaslı təmir müddətinə qədər yaxşı vəziyyətdə işləyib, emaldan reqlamentə uyğun keyfıyyətli neft məhsulları alınıb.

Lakin qurğu il boyu fasiləsiz işlədiyindən müəyyən aparat və avadanlıqların əvəzlənməsinə zərurət yaranıb. Belə ki, qurğunun AC-102 benzin-hava soyuducuları, K-2 kalonunun boşqabları, P-303 A/B su nasosları dəyişdirilib, P-203 A nasosu yenisi ilə əvəz edilib, yerlə birləşmənin kipliyi yoxlanılıb, bir çox avadanlıqlar təmizlənib, lazımi hissələrdə qaynaq işləri yerinə yetirilib.

Bundan əlavə, qurğuda kontaktor və avtomatlara, işə buraxma düymələrinə, həmçinin elektrodehidratorun trasformatoruna texniki baxış keçirilib, lazım gələn hallarda təmir edilib, kompüterə gedən enerji blokunun dayanıqlığı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti