...

ARDNŞ-nin Kulevi neft terminalı normal rejimdə işə başlayıb

Energetika Materials 24 Dekabr 2012 17:56 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi neft terminalı tətildən sonra normal rejimdə işini bərpa edib.
ARDNŞ-nin Kulevi neft terminalı normal rejimdə işə başlayıb

Gürcüstan, Tbilisi, 24 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi neft terminalı tətildən sonra normal rejimdə işini bərpa edib. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-nin Gürcüstanda maraqlarını təmsil edən "SOCAR Energy Georgia"dan bildiriblər.

Şirkətdən deyiblər ki, neft terminalının rəhbərliyi tətil komitəsi ilə görüşüb və görüşün yekunları üzrə terminalın normal rejimdə işini bərpa etməsi ilə bağlı qərar qəbul edilib.

"Tətil başa çatıb və terminal işini normal rejimdə bərpa edib", - şirkətdən qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti