...

Bakı NEZ-in elektrik təsərrüfatı təkmilləşdirilir

Energetika Materials 25 Dekabr 2012 17:49 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) texnoloji qurğularının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə 2012-ci ildə zavodun elektrik təsərrüfatında bir sıra yenidənqurma işləri həyata keçirilib.
Bakı NEZ-in elektrik təsərrüfatı təkmilləşdirilir

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) texnoloji qurğularının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə 2012-ci ildə zavodun elektrik təsərrüfatında bir sıra yenidənqurma işləri həyata keçirilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, 5 nömrəli istehsalat sahəsinin 54 nömrəli qurğusunun qidalandığı "PQ 58" yenidən qurulub, 7 ədəd yüksək gərginlik yuvası quraşdırılıb. Bundan əlavə, 4 nömrəli istehsalat sahəsindəki "PQ 38"-də 1 ədəd yüksək gərginlik yuvası quraşdırılıb. Zavodun ayrı-ayrı yarımstansiya və paylayıcı qurğularında istifadə edilən yağ açarları müasir standartlara uyğun və daha səmərəli vakuum açarları ilə əvəz olunub. İstehsalat sahələrində nasoslar üçün yeni elektrik mühərrikləri, kabel xətləri və işəsalma aparatları quraşdırılıb, sınaq-sazlama işləri aparılıb.

Hazırda zavod ərazisində köhnə, istismara yararsız kabel xətlərinin dəyişdirilməsi və yeni kabellərin çəkilməsi işləri həyata keçirilir. 4 nömrəli istehsalat sahəsindəki 16 tonluq kranın 170 metrlik trolleyləri (kontakt yolu) dəyişdirilərək yenisi ilə əvəz olunub. 3 nömrəli istehsalat sahəsinin xammal nasoslarının elektrik mühərriklərini qidalandıran kabel estakadası yenidən qurulub. 5 nömrəli istehsalat sahəsində 8 ədəd "HS 304" havasoyuducusunun istismara yararsız kabelləri mis zirehli kabellərlə əvəzlənib. 12-ci sexdə susoyutma sisteminin 2 ədəd elektrik mühərrikinə güc və nəzarət kabelləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti