...

"Azəriqaz" şəbəkədə qazın təzyiqinin yüksək olmasının səbəblərini açıqlayıb

Energetika Materials 14 Yanvar 2013 12:11 (UTC +04:00)
Axşam və gecə saatlarında müşahidə olunan güclü qaz axını paylayıcı şəbəkəyə verilən qazın həcminin artırılması və onun təzyiqinin yüksəldilməsi ilə bağlıdır.
"Azəriqaz" şəbəkədə qazın təzyiqinin yüksək olmasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.İsmayılov/

Axşam və gecə saatlarında müşahidə olunan güclü qaz axını paylayıcı şəbəkəyə verilən qazın həcminin artırılması və onun təzyiqinin yüksəldilməsi ilə bağlıdır. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

İB-dən deyildiyi kimi, paylayıcı şəbəkədə qazın həcmi və təzyiqi istehlakçıların fasiləsiz və keyfiyyətli qazla təmin olunması üçün artırılıb.

"Hazırda verilən həcm və təzyiq çox yüksəkdir, demək olar ki, maksimumdur. Bütün bunlar abonentlərin qış dövründə qazla bağlı problem hiss etməmələri üçün edilir", - İB-dən deyilib.

İB-dən qeyd edilib ki, axşam saatlarında qazın təzyiqinin azalması qazdan istifadənin kəskin artması ilə izah edilir.

"Axşamlar, iş gününün başa çatmasından sonra qaza tələbat kəskin şəkildə artır, şəbəkədə təzyiqin azalması da bunula izah edilir", - "Azəriqaz"dan bildirilib.

Hazırda ölkədə istehlakçılara gün ərzində 26 milyon kubmetrdən çox qaz verilir. Yanvarın 8-də bu göstərici 22,5 milyon kubmetr təşkil edib. İstehlakçılara verilən qazın ümumi həcmindən 15,3 milyon kubmetr Bakının, yerdə qalan 11 milyon kubmetr isə ölkənin digər regionlarının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti