...

"Smart-kart" əməliyyatlarında yaranmış problemlər aradan qaldırılır

Energetika Materials 16 Yanvar 2013 19:57 (UTC +04:00)
"Smart-kart" tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və qış fəsli ilə bağlı "smart-kart" əməliyyatlarının kəskin artması ilə əlaqədar olaraq, yanvarın 15-də bir neçə saat ərzində qeyd olunan kartlara ödənişlərin edilməsində bəzi texniki problemlər müşahidə olunub.
"Smart-kart" əməliyyatlarında yaranmış problemlər aradan qaldırılır

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

"Smart-kart" tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və qış fəsli ilə bağlı "smart-kart" əməliyyatlarının kəskin artması ilə əlaqədar olaraq, yanvarın 15-də bir neçə saat ərzində qeyd olunan kartlara ödənişlərin edilməsində bəzi texniki problemlər müşahidə olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu istiqamətdə "Azəriqaz" İstehsalat Birliyi və ödəniş xidmətlərini həyata keçirən "Komtec" şirkəti tərəfindən görülmüş birgə operativ tədbirlər nəticəsində gərginlik aradan qaldırılıb.

Eyni zamanda, kartların işini dəstəkləyən serverlərin gücünün artırılması və digər istiqamətlərdə həyata keçirilən əlavə tədbirlər qısa zaman ərzində bu problemlərin tam həllinə nail olmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti