...

Bərdə rayonunun daha 4 kəndinə təbii qaz verilib

Energetika Materials 22 Yanvar 2013 16:50 (UTC +04:00)
Bu gün Bərdə rayonunun Hüseynbəyli, Ərəblər, Qaraqoyunlu və Şərəfli kəndlərinə təbii qazın bərpası münasibətilə təntənəli mərasim keçirilib.
Bərdə rayonunun daha 4 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Bu gün Bərdə rayonunun Hüseynbəyli, Ərəblər, Qaraqoyunlu və Şərəfli kəndlərinə təbii qazın bərpası münasibətilə təntənəli mərasim keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mərasimdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Hüseynbəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 7321 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 6 ədəd siyirtmə, 69 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qaraqoyunlu kəndinin qazlaşdırılması üçün 11 662 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 145 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Ərəblər kəndinin qazlaşdırılması üçün 3777 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 65 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Şərəfli kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 3978 metr olan kəmər çəkilib, 51 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti