...

Fars körfəzində İranın qazma platforması batıb

Energetika Materials 29 Yanvar 2013 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, F.Mehdi/

İranın "Cənubi Pars" qaz yatağının 13-cü fazası üzrə ikinci dəniz platforması bu gün Fars körfəzində batıb. Bu barədə Trend "Fars News"a istinadən məlumat verir.

Platformanın tikintisinə 30 ay ərzində 40 milyon dollara yaxın vəsait qoyulmuşdu.

Proqnozlara görə, "Cənubi Pars" yatağının 13-cü fazasına çıxış gündə 50 milyon kubmetr qaz, 80 min barel qaz-kondensat, 2900 ton maye qaz və 400 ton kükürd təşkil etməli idi.

2012-ci ilin iyun ayında neft naziri Rüstəm Qasımi cari il ərzində (İran təqvimi üzrə) yatağın inkişafı layihəsinə 26 milyard dollar yatırım qoymağa çağırmışdı.

"Cənubi Pars" qaz yatağı İranla Qətər arasında bölünüb. İrandakı sahə 14 trilyon kubmetrə yaxın qaz və ya dünyadakı qaz ehtiyatlarının səkkiz faizə yaxını və 18 milyard bareldən artıq qaz-kondensata malikdir.

İran bu yaxınlarda yatağın 22-24-cü fazaları üzrə ilk istismar quyusunun qazılmasına başlayıb.

Hazırda İran bu yataqdan 300 milyon kubmetr qaz hasil edir. Qiymətləndirmələrə görə, yatağın ehtiyatları 14 trilyon kubmetr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti