Azərbaycan, Bakı, 1 martda /müxbir. Trend E.İsmaylov/
2012 ci ildə Britaniyanın BP və onun partnyorları
Azərbaycana məxsus "Azəri-Çıraq-Günəşli"( AÇG) neft-qaz yataqlarından 39.9 milyon ton neft (243 milyon barel) çıxarıblar. Trend-in məlumatına görə, bu barədə cümə günü BP-nin 2012-ci ilin yekunlarına dair hesabatda qeyd olunub.
Məlumatda deyildiyi kimi, il ərzində həmin blokdan gündə orta hesabla 6644 min barel neft hasil edilib.
2012-ci ildə AÇG layihəsinə 725 milyon dollar əməliyyat məsrəfləri və 2.5 milyon dollar əsaslı məsrəflər xərclənib. 2013-cü il ərzində AÇG əməliyyatlarına 758 milyon dollar əməliyyat məsrəfləri və 2 milyard 510 milyon dollar əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.
AÇG-də iştirak payları: BP (operator - 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%).