...

ABŞ eksperti: "Cənubi qaz dəhlizi" regionun təhlükəsizlik mühitinə müsbət təsir edəcək

Energetika Materials 6 Mart 2013 09:28 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə ABŞ Senatında Ceymstaun Fondunun eksperti Vladimir Sokorun iştirakı ilə "Cənubi qaz dəhlizi" mövzusunda brifinq keçirilib.
ABŞ eksperti: "Cənubi qaz dəhlizi" regionun təhlükəsizlik mühitinə müsbət təsir edəcək

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə ABŞ Senatında Ceymstaun Fondunun eksperti Vladimir Sokorun iştirakı ilə "Cənubi qaz dəhlizi" mövzusunda brifinq keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, brifinqdə Senatın Xarici Əlaqələr və Enerji Komitələrində təmsil olunan senatorların köməkçiləri iştirak edib.

Brifinqdə Sokor Cənubi qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən və Azərbaycanın bu layihədəki aparıcı rolundan ətraflı bəhs edib.

O, Azərbaycan qazının ilk dəfə Avropa bazarına daxil olmasının Avropanın hazırkı enerji asılılığının azaldılması baxımından əhəmiyyətini qeyd edib.

Sokor bu layihənin iqtisadi baxımdan səmərəliliyini qeyd etməklə yanaşı, ümumilikdə regionun təhlükəsizlik mühitinə müsbət təsir edəcəyini vurğulayıb.

Ekspert "Cənubi qaz dəhlizi" layihəsinin ABŞ-ın maraqlarına cavab verdiyini deyib və Vaşinqtonun bu layihəni dəstəkləməsinin vacibliyini xüsusi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti