...

Lerik rayonunun bir sıra kəndlərinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 15 Mart 2013 18:45 (UTC +04:00)
Bu gün Lerik rayonunun Barzavu, Şinəband və Rəzgov kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Lerik rayonunun bir sıra kəndlərinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 15 mart /Trend/

Bu gün Lerik rayonunun Barzavu, Şinəband və Rəzgov kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki,98 abonenti olan Barzavu kəndinin qazlaşdırılması üçün 1700 metr uzunluğunda polietilen, 5866 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 98 ədəd sayğac quraşdırılıb. 74 abonenti olan Şinəband kəndinin qazlaşdırılması üçün 5106 metr uzunluğunda polietilen, 7726 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

38 abonenti olan Rəzgov kəndinin qazlaşdırılması üçün isə iki pilləli sistem əsasında 4708 metr uzunluğunda polietilen, 4683 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 ədəd aztənzimləyici şkaf, 98 ədəd sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti