...

Bərdə, Ağcabədi və Şəki rayonlarının yaşayış məntəqələrinə təbii qaz verilib

Energetika Materials 19 Mart 2013 18:22 (UTC +04:00)
Novruz bayramı ərəfəsində - martın 19-da Bərdə, Ağcabədi və Şəki rayonlarının daha 5 yaşayış məntəqəsinə təbii qaz verilib.
Bərdə, Ağcabədi və Şəki rayonlarının yaşayış məntəqələrinə təbii qaz verilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Novruz bayramı ərəfəsində - martın 19-da Bərdə, Ağcabədi və Şəki rayonlarının daha 5 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə rayonunun Piyadalar və Xanərəb kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 417 abonenti olan Xanərəb və 205 abonenti olan Piyadalar kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 40 760 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 622 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağcabədi rayonunun qazlaşdırılması da sürətlə davam edir. Artıq rayonun Xocavənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 732 abonenti olan kəndin qazlaşdırlması üçün birpilləli sistem əsasında 30 300 metr uzunlğunda müxtəlif diametrli polietilen borularla qaz xətti çəkilib, 732 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şəki rayonunun Bideyiz kəndinə təbii qazın verilişinin bərpası və Turan qəsəbəsinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə də tədbirlər keçirilib. Qeyd olunub ki, 159 abonenti olan Bideyiz kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 19 659 metr uzunluğunda qaz xətti çəkilib, 1 ədəd qaztənzimləyici şkaf, 4 ədəd tənzimləyici və 159 ədəd sayğac quraşdırılıb. 358 abonenti olan Turan qəsəbəsinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunlğu 19 138 metr olan müxtəlif diametrli polietilen borularla qaz xətti çəkilib, 358 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti