Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E. Tariverdiyeva/
Bakı-Novorossiysk boru kəməri üzrə Azərbaycan neftinin Rusiya vasitəsilə tədarükünün davam etdirilməsi məsələsi mehriban qonşuluq münasibətləri əsasında həll edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçiridiyi mətbuat konfransında deyib.
Elmar Məmmədyarov bu məsələni siyasiləşdirməməyə çağırıb.
Onun sözlərinə görə, bu məsələnin həlli üzrə dialoq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanı "Transneft" şirkəti arasında davam etdiriləcək, həmçinin kommersiya tərkibli məsələlər həll edilir.
Lavrov deyib ki, Bakı-Novorossiysk boru kəməri üzrə neftin nəqlinə dair qüvvədə olan saziş Rusiya operatoru - "Transneft" şirkəti üçün doldurulma baxımından zərərli olub. Hazırda iki ölkənin enerji şirkətləri yeni reallıqlara əsaslanan yeni saziş hazırlayırlar.