...

Ağstafa rayonunun daha 3 kəndinə təbii qaz verilib

Energetika Materials 21 May 2013 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Ağstafa rayonunun daha 3 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mayın 21-də Ağstafa rayonunun Aşağı Göycəli, Xılxına və Mollacəfərli kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilən tədbirlərdə bildirilib ki, 610 abonenti olan Aşağı Göycəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26 695 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 610 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

210 abonenti olan Xılxına kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 681,9 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 210 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

83 abonenti olan Mollacəfərli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 10 630,3 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 83 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti