...

Bakıda ilk dəfə enerji və dənizçilik hüququ mövzusunda konfrans keçirilir

Energetika Materials 24 May 2013 18:33 (UTC +04:00)
BP (əsas sponsor) və Bakı Dövlət Universiteti (BDU) bu gün Bakıda dəniz və enerji hüququ üzrə magistratura proqramı çərçivəsində "Azərbaycanda enerji və dənizçilik hüququ: beynəlxalq və milli perspektivlər" mövzusunda hüquq konfransı keçirirlər.
Bakıda ilk dəfə enerji və dənizçilik hüququ mövzusunda konfrans keçirilir

Azərbaycan, Bakı, 24 may /Trend/

BP (əsas sponsor) və Bakı Dövlət Universiteti (BDU) bu gün Bakıda dəniz və enerji hüququ üzrə magistratura proqramı çərçivəsində "Azərbaycanda enerji və dənizçilik hüququ: beynəlxalq və milli perspektivlər" mövzusunda hüquq konfransı keçirirlər.

Bu mövzuda hüquq konfransı Azərbaycanda ilk dəfə təşkil olunur. Konfransın digər təşkilatçıları yerli hüquq şirkəti olan EKVITA və USAID ilə birgə iştirak edən "ABA CEELI Inc." (ABŞ) hüquq təşkilatıdır.

Trend-in məlumatına görə, BDU rektoru Abel Məhərrəmov konfrans zamanı deyib: "Neft sənayesinin vətəni olan Bakı şəhərində ilk dəfədir ki, bu mövzuda və belə miqyasda bir konfrans keçirilir. Konfransda çıxış etmək üçün biz çoxsaylı yerli və beynəlxalq mütəxəssislər dəvət etmişik. Çox məmnunuq ki, konfrans iştirakçıları arasında enerji və dənizçilik hüququ sahəsində ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri var".

Konfransın əsas məruzəçiləri BDU-nun rektoru Abel Məhərrəmov və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstardır.

Konfransda müzakirə edilən məsələlərə hasilatın pay bölgüsü haqqında sazişlərin icrası və həyata keçirilməsində hüquqi və vergi aspektləri, enerji sahəsində investisiya mübahisələrinin həlli, həmçinin BDU-da yeni açılmış dəniz və enerji hüququ üzrə magistr proqramının təqdimatı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti