...

Dövlət Neft Fondu valyuta portfelinə yuanı daxil etmək niyyətindədir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 May 2013 13:05 (UTC +04:00)
Azərbaycan Respaublikası DövlətNeft Fondu (ARDNF) valyuta portfelinə Çin yuanını daxil etmək məsələsini nəzərdən keçirir.
Dövlət Neft Fondu valyuta portfelinə yuanı daxil etmək niyyətindədir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta portfelinə Çin yuanını daxil etmək məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ARDNF-nin rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu məsələdə institusional xarakterli müəyyən problemlər var, çünki Çin tərəfinin ARDNF-nin hazırda nəzərdən keçirdiyi investisiya yatırmaq məsələsi üzrə sərt şərtləri var.

Digər valyutalara investisiya yatırmaq imkanları məsələsinə toxunan Mövsümov qeyd edib ki, hazırda bu məsələ gündəlikdə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti