Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E. Əlıyev/
Enerji təhlükəsizliyi və müvafiq infrastrukturun təhlükəsizliyinin təminatı ikitərəfli əməkdaşlığın çox əhəmiyyətli elementidir, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yekun sessiyasında çıxış edərək çərşənbə günü deyib.
"Tezliklə Azərbaycan qazının iki nəqli marşrutu Nabucco West və ya TAP arasında seçim ediləcək. Məsələ onda deyil ki, məhz hansı marşrut seçiləcək, əsas odur ki, Azərbaycan qazının Avropaya nəqli üçün şəraitlərin yaradılması faktıdır və avropalı tərəfdaşların qazın nəqli bir mənbədən asılılığının dayandırılmasıdır. Mən ümid edirəm ki, 2020-ci ildən sonra Azərbaycan daha böyük qaz təchizatçısı olacaq", - səfir qeyd edib.
Morninqstar vurğulayıb ki, son iyirmi il ərzində ABŞ və Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq xarakterini qəbul edib.
"Təhlükəsizliyə yönəlmiş bizim ümumi baxışlarımız bütün Xəzər regionunun strateji landşaftını müəyyən edir. Uzun illər biz terrorizmlə birgə mübarizəni aparırıq. Biz ümumi məqsədləri təqib edirik. Azərbaycan qlobal təhlükəsizlik məsələlərində bizi dəstəkləyir, Azərbaycan əsgərləri ABŞ hərbçiləri ilə birlikdə çiyin-çiyinə Kosovoda, İraqda, Əfqanıstanda xidmət aparırlar. Azərbaycan tərəfi əfqan administrasiyası üçün 2014-cü ildə tam məsuliyyət onun üzərinə keçməsi əlaqədar təlimlər keçirir" - diplomat deyib.
Onun sözlərinə görə, hamı əla başa düşürlər ki, strateji nöqteyi-nəzərdən Azərbaycan və ABŞ arasında münasibətlər nə qədər əhəmiyyətlidir.
"SSRİ-in dağılmasından sonra ABŞ-ın siyasəti müstəqillik qazanmış ölkələrə dəstək və yardım etməkdən ibarət idi. Konstruktiv əməkdaşlıq əsasında bu gənc dövlətlərlə birlikdə qlobal və regional çağırışlara qarşıdurma çox düzgün yanaşma idi. Azərbaycana gəldikdə, təkrarlamaq istəyirəm ki, ABŞ-a güclü, bacarıqlı öz maraqlarını müdafiə edə bilən Azərbaycan lazımdır", - səfir deyib.
Morninqstaranın sözlərinə görə, iqtisadi və siyasi əməkdaşlıq üçün böyük potensial var.
"Bu potensialın reallaşması siyasi və iqtisadi islahatlardan asılıdır. Azərbaycan təhsil sisteminin və səhiyyənin təkmilləşdirilməsi yolu ilə insan kapitalına investisiyaları artırmalıdır. Son illərdə korrupsiya ilə mübarizə üzrə tədbirlər gücləndirilməlidir. Qadınlar cəmiyyətin daha fəal iştirakçıları olmalıdır. Səfir kimi, mən ABŞ və Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün hər şey edirəm və edəcəm", - səfir əlavə edib.