...

Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli”də hasilatın aşağı düşməsi dayandırılıb

Energetika Materials 5 İyun 2013 12:08 (UTC +04:00)
“Azəri-Çıraq-Günəşli” neft-qaz blokunda hasilatın aşağı düşməsi dayandırılıb.
Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli”də hasilatın aşağı düşməsi dayandırılıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

"Azəri-Çıraq-Günəşli" neft-qaz blokunda hasilatın aşağı düşməsi dayandırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Xəzər neft və qaz 2013" konfransının gedişi zamanı ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, aşağı düşmə və hasilatın sabitləşməsi qəbul edilən qərarlar nəticəsində mümkün olub. Bundan əlavə, hazırda yataqların iki dövrü əhatə edəcək işlənməsinə dair proqram üzərində işlər aparılır. Bu proqram 2013-2014-cü illəri, həmçinin 2024-cü ilə qədər dövrü və uzunmüddətli işlənmə prosesini əhatə edir.

ARDNŞ rəhbəri bildirib ki, hazırda "Azəri-Çıraq-Günəşli" blokunda gündəlik neft hasilatı 124 min ton təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti