...

"Neft Daşları" yatağı üçün yeni özülün inşası davam edir

Energetika Materials 7 İyun 2013 18:52 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, “Neft Daşları” yatağı üçün yeni 2150 saylı stasionar dəniz özülünün tikintisi davam etdirilir. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.
"Neft Daşları" yatağı üçün yeni özülün inşası davam edir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

"Neft Daşları" yatağı üçün yeni özülün inşası davam edir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" yatağı üçün yeni 2150 saylı stasionar dəniz özülünün tikintisi davam etdirilir. ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunan özülün baş podratçısı Şirkətin "Neftqaztikinti" Trestidir. 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 25,5 metr dərinliyində yerləşdiriləcək. 2 hissədən - istehsalat və yaşayış sahələrindən ibarət olacaq özül 8 dayaq bloku üzərində yığılacaq. Bu sahələrin 2 piyada körpüsü ilə əlaqələndirilməsi nəzərdə tutulub.

Özüldə vertolyot meydançası, 7 yanalma körpüsü, 4 minik meydançası, ən müasir qazma avadanlığı, yükqaldırma qabiliyyəti 12,5 ton olan universal kran, dizel yanacağı ilə işləyən 4 elektrik aqreqatı, çirkab və məişət sularının təmizlənməsi üçün "ASTRA-20" tipli bioloji təmizləmə qurğusu quraşdırılacaq. Tikinti işləri bütün müasir norma və tələblərə uyğun şəkildə həyata keçirilir.

Artıq obyekt üzrə 8 dayaq bloku, 8 aralıq seksiyası, 2 piyada keçid körpüsü, 7 yanalma və 4 minik meydançası tikinti nöqtəsinə gətirilərək quraşdırılıb, 12 ədəd quyu şaxtası vurulub, blokların ayaqları svaylara bərkidilib. Bundan başqa, vertolyot meydançası və məişət budkaları, eləcə də 42 yerlik xilasedici qayığın postamenti quraşdırılıb. Ümumilikdə tikinti işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti