...

Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların 83 faizindən çoxu neft-qaz sektorunun payına düşür

Energetika Materials 12 İyun 2013 18:21 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar qismində yatırılan xarici kapitalın ümumi həcmi 1,4 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 83,2 faiz səviyyəsində olub.
Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların 83 faizindən çoxu neft-qaz sektorunun payına düşür

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar qismində yatırılan xarici kapitalın ümumi həcmi 1,4 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 83,2 faiz səviyyəsində olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankının tədiyyə balansında deyilir.

Bu investisiyalar Azərbaycan ərazisində, əsasən, neft-qaz layihələri çərçivəsində "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.

AMB-nin hesablamalarına görə, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 238,1 milyon dollar təşkil edib ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 16,8 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti