Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir A. Bədəlova/
Ötən həftə, 17-21 iyun tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 106,02 dollar/barel təşkil edib.
Trend-in məlumatına görə, 17-21 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 108,28, minimum isə 102,87 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
17-21 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 103,03 dollar/barel təşkil edib.
17-21 iyun həftəsində URALS-ın qiyməti maksimum 104,88, minimum isə 99,2 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
17-21 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 103,87 dollar/barel təşkil edib.
Ötən həftə "Brent Dated"in maksimum qiyməti 105,7, minimum isə 100,32 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.