...

Əhmədinejad "Lavan" NEZ-də 14 yeni qurğunun istismara verilməsi mərasimində iştirak edib

Energetika Materials 25 İyun 2013 15:30 (UTC +04:00)
Bu gün İran Prezidenti Mahmud Əhmədinejad Lavan adasında neft emalı zavodunda (NEZ) benzin istehsalı üzrə 14 yeni qurğunun açılış mərasimində iştirak edib. Bu barədə Trend çərşənbə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.
Əhmədinejad "Lavan" NEZ-də 14 yeni qurğunun istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbirlər R. Zamanov, Y. Kosolapova/

Bu gün İran Prezidenti Mahmud Əhmədinejad Lavan adasında neft emalı zavodunda (NEZ) benzin istehsalı üzrə 14 yeni qurğunun açılış mərasimində iştirak edib. Bu barədə Trend çərşənbə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.

Habelə benzin, dizel və reaktiv yanacaq istehsalı üzrə qurğular istismara verilib.

Yeni qurğuların istismara verilməsilə "Lavan" NEZ-də sutkalıq benzin istehsalı 2,8 milyon litrədək artacaq. Əvvəllər bu göstərici sutkada 1,8 milyon litr təşkil edib.

"Lavan" NEZ-də istehsal edilən benzin "Avro-4" standartına cavab verir. "Avro-4" standartlı dizel yanacağının istehsalı sutkada 4 milyon (əvvəl 1,7 milyon litr) litrədək artacaq. "Lavan" NEZ-də sıxılmış neft qazının istehsalı 30 milyon tondan 100 milyon tonadək artacaq.

Layihənin dəyəri 6,5 trilyon rial (təqribən 530 milyon dollar) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti