...

"Neft Daşları" yatağında yeni platforma quraşdırılacaq

Energetika Materials 1 İyul 2013 16:07 (UTC +04:00)
“Neft Daşları” yatağı üçün yeni 602A saylı platformanın inşası nəzərdə tutulub. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq platformanın baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.
"Neft Daşları" yatağında yeni platforma quraşdırılacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"Neft Daşları" yatağı üçün yeni 602A saylı platformanın inşası nəzərdə tutulub. ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq platformanın baş podratçısı Şirkətin "Neftqaztikinti" Trestidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 14 quyunun qazılması üçün nəzərdə tutulan platforma dənizin 25 metr dərinliyində yerləşdiriləcək. Platforma 2 hissədən - 6 bloklu istehsalat və 2 bloklu yaşayış sahələrindən ibarət olacaq ki, bu sahələr hər birinin uzunluğu 33 metr olan 2 piyada körpüsü ilə əlaqələndiriləcək. Platformada ən müasir qazma avadanlığı, vertolyot meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, avtomatlaşdırılmış idarəetmə sistemi, qazqızdırıcı qurğu, yanğından mühafizə sistemi, eləcə də quyuluraın qazlift üsulu ilə istismarı məqsədilə avtomatlaşdırılmış qazpaylayıcı qurğu və digər zəruri avadanlıqlar quraşdırılacaq. Ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Platformadan sutkada 140 ton neft və 9200 kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulub. Qeyd edək ki, platformanın 2014-cü ildə istismara veriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti