Azərbaycan, Bakı, 17 iyul /Trend/
2013-cü ilin ilk 6 ayı ərzində ölkə üzrə 108 yaşayış məntəqəsi qazlaşdırılıb.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dövrdə 72 991 yeni əhali abonenti təbii qazla təmin olunub ki, onların da 56 860-sı regionlarda, 16 131 nəfəri isə Bakı şəhərində yaşayır.
Cari ilin birinci yarısında əhali abonentlərinin mənzillərində quraşdırılmış və əvəz olunmuş məişət qaz sayğaclarının ümumi sayı 291 960 ədəd olub. Bunun da 198 251-i "smart-kart" tipli sayğacdır.
Qeyd edək ki, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.