...

"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

Energetika Materials 2 Oktyabr 2013 18:03 (UTC +04:00)
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə "Günəşli" yatağındakı 14-cü özüldən 259 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən 2967-2953 metr intervaldan sutkada 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti