...

Azərbaycan neftinin qiymətləri: 11-15 noyabr həftəsinin yekunları

Energetika Materials 16 Noyabr 2013 13:24 (UTC +04:00)
Ötən həftə - 11-15 noyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 110,03 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 11-15 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir A.Bədəlova/

Ötən həftə - 11-15 noyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 110,03 dollar/barel təşkil edib.

Trend-in məlumatına görə, 11-15 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 111,35, minimum isə 108,54 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

11-15 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 106,1 dollar/barel təşkil edib.

11-15 noyabr həftəsində URALS-ın qiyməti maksimum 107,24, minimum isə 104,83 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

11-15 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 107,05 dollar/barel təşkil edib.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 108,29, minimum isə 105,61 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti