...

"Topaz Energy and Marine" Azərbaycanda işlərin aparılması üçün BP-yə yeni gəmilər tədarük edəcək

Energetika Materials 25 Noyabr 2013 14:48 (UTC +04:00)
"Topaz Energy and Marine" Xəzərin Azərbaycan sektorundakı neft platformalarını (PSV) təmin etmək üçün BP şirkətinə iki gəmi tədarük edəcək.
"Topaz  Energy and Marine" Azərbaycanda işlərin aparılması üçün BP-yə yeni gəmilər tədarük edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.İsmayılov/

"Topaz Energy and Marine" Xəzərin Azərbaycan sektorundakı neft platformalarını (PSV) təmin etmək üçün BP şirkətinə iki gəmi tədarük edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Trade Arabia" xəbər verir.

Məlumata görə, müqavilənin ümumi dəyəri 100 milyon dollar təşkil edəcək. BP üçün gəmilər cari ilin IV rübündə və gələn ilin II rübündə çatdırılmalıdır.

BP gəmiləri "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda əməliyyatlara yardım etmək üçün və Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti