...

Göygöl rayonunun kəndinə təbii qaz verilib

Energetika Materials 27 Noyabr 2013 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Bu gün Göygöl rayonunun Topalhəsənli kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 390 abonenti olan Topalhəsənli kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 27 kilometr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 390 ədəd sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti