...

Ötən ay 14 çoxmərtəbəli binaya qazın açılması təmin olunub

Energetika Materials 6 Fevral 2014 17:53 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Ötən ay 14 çoxmərtəbəli binaya qazın açılması təmin olunub

Azərbaycan, Bakı, 6 fevral /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Trend-in Şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2014-cü ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 14 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 1611 mənzil var.

Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyi 2013-cü ildə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti