...

Azərbaycanda neft məhsulları üzrə aksiz dərəcələri azaldılıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 11 Fevral 2014 17:46 (UTC +04:00)
Nazirlər Kabineti "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" 2013-cü il 2 dekabr tarixli qərarında dəyişiklik edib.
Azərbaycanda neft məhsulları üzrə aksiz dərəcələri azaldılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.İsmayılov/

Nazirlər Kabineti "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" 2013-cü il 2 dekabr tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən, aksiz vergi dərəcəsi Aİ-95 avtomobil benzini üzrə 2,5 dəfə, Aİ-92 və Aİ-80 avtomobil benzinləri üzrə 2 dəfə, dizel yanacağı - 3,2 dəfə, reaktiv mühərrik yanacağı - 7,6 dəfə, nafta - 5,4 dəfə, maye qaz - 3 dəfə, mühərrik yanacağı (DT-36) - 7 dəfə, mühərrik yanacağı (DT-20) - 5,2 dəfə, soba mazutu - 49 dəfə, bitum (BN-60/90, BNB-60/70) üzrə isə 16,4 dəfə azaldılıb.

Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, dəyişikliyə əsasən, "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarının 1-ci hissəsinin cədvəli aşağıdakı redaksiyada verilir:

Neft məhsulları

Aksiz vergi dərəcəsi faizlə (2014-cü il yanvarın 1-dən)

Aksiz vergi dərəcəsi faizlə (2014-cü il yanvarın 1-dək)

1.

Avtomobil benzini Aİ-95

64,0

159

2.

Avtomobil benzini Aİ-92

65,0

134

3.

Avtomobil benzini Aİ-80

66,0

134

4.

Dizel yanacağı

18,0

57

5.

Reaktiv mühərrik yanacağı

9,0

68

6.

Nafta (ilkin emal benzini)

13,0

70

7.

Maye qaz

22,0

69

8.

Mühərrik yanacağı (DT-36)

24,0

170

9.

Mühərrik yanacağı (DT-20)

31,0

160

10.

Soba mazutu

3,0

147

11.

Bitum ( BN-60/90, BNB-60/70)

11,0

180

12.

Bitum (MQO)

34,00

34,00

13.

Bitum (BNV, BNB- 70/30, BNB-85/25)

31,00

31,00

14.

Ağ neft (KO-20)

32,00

32,00

15.

Qaz benzini

37,00

37,00

16.

Mühərrik yağı (M-12VB, M-14V2)

52,00

52,00

17.

Sənaye yağları (İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V)

72,00

72,00

18.

Turbin yağları (T-22, T-30, T-46)

39,00

39,00

19.

Transformator yağı (T-1500)

54,00

54,00

20.

Digər yağlar (AK-15, S-11, XM-6, K-12, K-19, VM-4)

56,00

56,00

21.

Koks (KT-A)

19,00

19,00

22.

Koks (KT-T)

19,00

19,00

23.

Koks (KT-Q)

18,00

18,00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti