...

2014-cü ildə "Şahdəniz-2" layihəsi çərçivəsində bir sıra müqavilələr imzalanacaq

Energetika Materials 14 Fevral 2014 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/

2014-cü ildə "Şahdəniz-2" layihəsi çərçivəsində bir sıra servis müqavilələri imzalanacaq. Trend-in məlumatına görə, bu barədə BP-nin 2013-cü ildə Azərbaycandakı fəaliyyətinin yekunlarına dair hesabatda deyilir.

2013-cü ilin dekabrında "Şahdəniz" qaz-kondensat yatağının 2-ci mərhələsinin işlənməsi üzrə yekun investisiya qərarı qəbul edilib.

"Şahdəniz" qaz-kondensat yatağının 2-ci mərhələsinin işlənməsinin Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi ilə birlikdə dəyəri 28 milyard dollar həcmində qiymətləndirilir.

2014-cü ildə, habelə sualtı qaz kəmərlərinin yaradılması, dəniz daşımalarının nizama salınması və montaj işlərinin aparılması üzrə müqavilələr imzalanacaq.

Hesabatda deyilir: "2014-cü ildə platformaların dayaq bloklarının və üst modullarının tikintisinə, eləcə də Səngəçal Neft Terminalında tikinti sahələrində işlərə başlanacaq".

Bundan başqa, il ərzində Heydər Əliyev adına və "İstiqlal" qazma qurğularından quyuların qazılması işləri davam etdiriləcək.

Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10 %), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti