...

Azərbaycan neftinin qiymətləri: 10-14 fevral həftəsinin yekunları

Energetika Materials 15 Fevral 2014 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Əliyev/

Ötən həftə - 10-14 fevral tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,37 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 2,04 dollar çoxdur.

Trend-in məlumatına görə, 10-14 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 111,92, minimum isə 110,80 dollar/barel təşkil edib.

"Azeri Light"-ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

10-14 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti təqribən 106,56 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,26 dollar çoxdur.

10-14 fevral həftəsində URALS-ın qiyməti maksimum 106,87, minimum isə 106,29 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

10-14 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 109,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,52 dollar çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 110,24, minimum isə 108,60 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti