Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir R.Hafizoğlu/
Ukraynada qeyri-sabitlik Rusiya qazının Türkiyəyə tədarükünə təsir etməyəcək və buna görə də Ankara Azərbaycan və digər mənbələrdən qaz idxalını artırmaq niyyətində deyil.
Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız "TRT Haber" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Rusiya qazının Türkiyəyə tədarükündə heç bir problem müşahidə olunmur.