Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/
Yanvar-fevral aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı vasitəsilə 12,52 milyon ton neft daşınıb. 2013-cü ilin yanvar-fevralında bu göstərici 15,77 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
"Novorossiysk Dəniz Ticarət Limanı" ASC bu dövrdə 4,56 milyon tona yaxın neft məhsulları daşıyıb. Ötən ilin analoji dövründə bu göstərici 4,42 milyon ton olub.
Ümumilikdə, yanvar-fevralda liman vasitəsilə 21,55 milyon tondan çox müxtəlif yüklər daşınıb. 2013-cü ilin analoji dövründə bu göstərici 24 milyon tona yaxın olub.
2013-cü ildə Novorosiysk limanı 2012-ci ildəki təxminən 110,83 milyon tona qarşı 91,74 milyon tona yaxın neft daşıyıb. Keçən il liman 2012-ci ildəki 19,4 milyon tona qarşı 24,2 milyon ton neft məhsulları daşıyıb. Bütün keçən il ərzində liman 2012-ci ildəki 159 milyon tona qarşı 141 milyon tona yaxın müxtəlif yüklər daşıyıb.
ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir.
Novorossiysk limanının yükdaşımaları üzrə ümumi cədvəli:
Yanvar-fevral, 2014-cü il |
Yanvar-fevral, 2013-cü il |
Fərq |
||
Ümumi yük dövriyyəsi |
21 554,7 |
24 010,7 |
-2 456,0 |
-10,2% |
Maye yüklər (cəmi) |
17 252,3 |
20 313,8 |
-3 061,5 |
-15,1% |
Xam neft |
12 521,5 |
15 766,8 |
-3 245,3 |
-20,6% |
Neft məhsulları |
4 564,4 |
4 424,4 |
140,0 |
3,2% |