...

ARDNŞ Bakı NEZ-in iri qurğularının əsaslı təmirinə başlayıb

Energetika Materials 2 Aprel 2014 18:02 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) üç qurğusunda paralel olaraq təmir işlərinə başlayıb.
ARDNŞ Bakı NEZ-in iri qurğularının əsaslı təmirinə başlayıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) üç qurğusunda paralel olaraq təmir işlərinə başlayıb.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, katalitik riforminq qurğusunda, katalitik krekinqin 100-cü bölməsində və 43 nömrəli tədrici koks qurğusunun birinci axınında həyata keçiriləcək təmirin yerinə yetirilməsi məqsədi ilə texniki-təşkilati, təchizat məsələləri müəyyən edilib, qüsurlar cədvəli tərtib olunub.

Qurğunun modernləşdirilməsi üzrə işlər onun emal gücünü 1 milyon ton (2 milyondan 3 milyonadək), benzin istehsalını isə 450 min ton artırmağa imkan verir.

Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sexi tərəfindən həyata keçirilir.

Bundan başqa, yaxın günlərdə zavodun əsas qurğularından sayılan neftin ilkin emalı üzrə ED-AV-6 qurğusunun əsaslı təmirə saxlanılacağı nəzərdə tutulur. Qurğu avtomobil benzini istehsalında böyük önəm daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti