...

ARDNŞ Ceyhandan neft ixracını artırıb

Energetika Materials 2 May 2014 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar-aprel aylarında Türkiyənin Ceyhan limanından 6,78 milyon ton neft ixrac edib. Ötən ilin eyni dövründə bu rəqəm 6,42 milyon ton olub.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ apreldə Ceyhandan 2,08 milyon ton neft ixrac edib. 2013-cü ilin aprelində bu göstərici 1,83 milyon tona bərabər olub.

Şirkət ümumilikdə 2013-cü ildə Ceyhandan 19,75 milyon ton neft ixrac edib. 2012-ci ildə bu rəqəm 20,2 milyon ton neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti