Azərbaycan, Bakı, 5 may /Trend müxbir E.İsmayılov/
"Azərenerji" ASC yanvar-aprel aylarında təxminən 8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə bazar etəsi ASC-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Ötən ilin eyni dövründə bu göstərici 7,8 milyard kilovat-saata yaxın təşkil edib.
Məlumata əsasən, apreldə ASC-nin elektrik stansiyaları tərəfindən 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə eynidir.
Bu dövr ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.