...

ARDNŞ Türkiyədə neft emalı zavodunun tikintisi çərçivəsində kredit sazişi imzalayıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 30 May 2014 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/

Cümə günü "SOCAR Energy Turkey" şirkəti Türkiyədə yeni "Star" neft emalı zavodunun tikintisi layihəsi çərçivəsində 23 maliyyə institutu ilə ümumi dəyəri 3,29 milayrd dollar olan müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının saytında dərc olunmuş məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, kredit portfelinin ümumi həcmindən 2,69 milyard dollar 18 il müddətinə ayrılıb (güzəşt dövrü 4 ildir), yerdə qalan 600 milyon dollar isə güzəşt dövrü 4 il olmaqla 15 illik müddətə ayrılıb.

Məlumatda layihənin maliyyələşdirilməsində iştirak edən bankların adları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti