...

ARDNŞ: AÇG-də illik neft hasilatının həcmi 35 milyon tona çatacaq

Energetika Materials 4 İyun 2014 12:43 (UTC +04:00)
Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz neft yataqları blokunun işlənməyə başladığı vaxtdan indiyədək oradan 360 milyon ton neft hasil olunub.
ARDNŞ: AÇG-də illik neft hasilatının həcmi 35 milyon tona çatacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz neft yataqları blokunun işlənməyə başladığı vaxtdan indiyədək oradan 360 milyon ton neft hasil olunub. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, göstərilən dövrdə blokdan 96 milyard kubmetr qaz hasil olunub.

Abdullayev qeyd edib ki, proqnozlara görə, blokda neft hasilatının illik həcmi 34-35 milyon ton təşkil edəcək.

ARDNŞ rəhbərinin sözlərinə görə, 2015-ci ildə Azərbaycanda qaz hasilatının həcmi (laylara vurulan qaz həcmləri nəzərə alınmadan) 20 milyard kubmetr olacaq. 2020-ci ildə isə bu göstərici 40 milyard kubmetrə çatacaq.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Müqavilə 30 il qüvvədədir. Yatağın sübut edilmiş neft ehtiyatları təxminən bir milyard ton həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti