...

ARDNŞ bu ilin mayında həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb

Energetika Materials 4 İyun 2014 15:19 (UTC +04:00)
ARDNŞ-dən Trend-ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14962 metri istismara, 673 metri isə kəşfiyyata aid olub.
ARDNŞ bu ilin mayında həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

2014-cü ilin may ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15635 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14962 metri istismara, 673 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-may aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 62222 metr qazma işi görülüb ki, bunun da 60627 metri istismara, 1595 metri isə kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti